Hummels “Borussiya” ilə vidalaşdı
36 yaşlı Mats Hummels Dortmund “Borussiya”sı ilə vida matçına çıxıb.
TodayPress TV xəbər verir ki, alman müdafiəçi yoldaşlıq görüşündə “Yuventus”a qarşı kapitan sarğısı ilə start heyətdə meydana daxil olub və 18-ci dəqiqədə Niklas Zülə ilə əvəzlənib.
Qeyd edək ki, Hummels 2008–2016-cı illərdə “Borussiya”da çıxış edib. O, daha sonra üç mövsüm “Bavariya”da oynadıqdan sonra 2019-cu ildə yenidən Dortmund klubuna qayıdıb. 2024-cü ilin sentyabrında isə Mats “Borussiya”dan ayrılaraq “Roma” klubuna transfer olunub.
Hummels, ümumilikdə klubun heyətində 508 matça çıxıb. Müdafiəçi “sari-qaralar”la iki dəfə Bundesliqa çempionluğu və elə o qədər Almaniya Kuboku qazanıb. Mats iki dəfə UEFA Çempionlar Liqasının finalında oynayıb. Futbolçu Almaniya millisinin üzvü kimi 2014-cü il dünya çempionatının qalibi olub.
Namiq HUN