Güləşçimiz Avropa çempionatının finalına yüksəldi

Güləşçimiz Avropa çempionatının finalına yüksəldi
26.06.2025 22:20 İdman

Azərbaycan güləşçisi Simurə Abdullayeva İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatının finalına yüksəlib.

TodayPress TV xəbər verir ki, qitə birinciliyinin ikinci günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Ülviyyə Musayeva (33 kq) rumıniyalı Mariya Pavelə 8:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda rumıniyalı Yoana Qavrilaya 0:10 hesabıyla məğlub olub.

Gülay Xasməmmədova (36 kq) rumıniyalı Ariana Harsana 15:8 hesabıyla qalib gəlsə də, 1/4 finalda türkiyəli Şirin Askaraya “tuş”la məğlub uduzub.

Yarışa 1/4 finaldan qoşulan Leyla Əsgərova (39 kq) macarıstanlı Eliza Bodiyə “tuş”la qalib gələrək yarımfinala yüksəldi. Ancaq finalın bir addımlığında rusiyalı Darya Maslennikovaya 3:8 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Yağmur Məlikli (42 kq) 1/8 finalda belaruslu Anastasiya Niakliayevaya və onunla eyni çəkidə çıxış edən Gülnar Ağadadaşova eyni mərhələdə ukraynalı İvanna Maydanskaya “tuş”la uduzub. Gülnar sabah təsəlliverici görüşə çıxacaq.

Nuray Cəfərli (46 kq) polşalı Karolina Qvodza 6:0 hesabıya qalib gəlsə də, 1/8 finalda rusiyalı İlona Xaqarovaya müqavimət göstərə bilməyib – 0:10. Bu çəkidəki digər təmsilçimiz Məryəm Hacıyeva isə 1/8 finalda macarıstanlı Yanka Silleylə bacarmayıb – 0:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.

Günel Kərimli (50 kq) təsnifat mərhələsində rusiyalı Varvara Remezovaya 2:8, Aişə Cabbarova isə 1/8 finalda latviyalı Anastasiya Yakovlevaya “tuş”la uduzub. Hər iki güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq.

Məryəm Əmrəli (54 kq) türkiyəli Asya Cintasa 9:2, makedoniyalı Tea Donevaya isə tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə ukraynalı Yuliya Holhovska keçilməz olub – 2:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.

İnci Abdullayeva (58 kq) ilk mərhələdə gürcüstanlı Ana Tsereteliyə “tuş”la məğlub olub.

Rəna Nuriyeva (62 kq) serbiyalı Nikoleta Saboya tam üstünlüklə (11:0) qalib gəlsə də, 1/4 finalda latviyalı Darya Markovaya 1:10 hesabıyla məğlub olub. Rəna sabah təsəlliverici görüşə çıxacaq.

Simurə Abdullayeva (66 kq) bolqarıstanlı Veronika Stoilovaya 7:6 və polşalı Karolina Loianixə 8:2 hesabıyla, serbiyalı Fani Sosa isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda isə belaruslu Kamila Rudziankovaya heç bir şans tanımayıb – 10:2. Şəmkir güləş məktəbinin yetirməsi finalda rusiyalı Amira Mironskaya ilə qarşılaşacaq.

Təsəlliverici və medal görüşləri sabah keçiriləcək.

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər