Emeridən final mesajı: “Bir detal hər şeyi dəyişə bilər”
Unai Emeri UEFA Avropa Liqasının final oyunu ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, “Aston Villa” klubunun baş məşqçisi “Frayburq” ilə keçiriləcək həlledici qarşılaşmada favorit olmadığını bildirib.
Emeri final oyunlarının xüsusi atmosferə malik olduğunu vurğulayıb:
“Final matçlarında favorit olmur. Çox detal və nüans var. Bir qırmızı vərəqə, erkən qol və ya buraxılan top emosional vəziyyətə ciddi təsir edə bilər”.
İspaniyalı mütəxəssis komandanın psixoloji hazırlığının vacibliyini də qeyd edib:
“Təcrübəm mənə göstərir ki, futbolçular finalın nəticəsini yox, meydanda 90 dəqiqə ərzində nə etməli olduqlarını düşünməlidirlər. Hətta əlavə vaxta və penaltilərə də hazır olmalıdırlar”.
Qeyd edək ki, UEFA Avropa Liqasının final görüşü mayın 20-də İstanbulda keçiriləcək. Turnirin son qalibi İngiltərənin “Tottenhem Hotspur” klubu olub.
Namiq HUN