Antonelli parladı, Rassell isə cərimə aldı
Corc Rassell Kanada Qran-prisindən sonra 5 min avro məbləğində cərimələnib.
TodayPress TV xəbər verir ki, “Mercedes” komandasının “Formula-1” pilotu yarış zamanı bolidindən çıxardığı başaltılığı trasın üzərinə atdığı üçün stüardlar tərəfindən araşdırmaya cəlb olunub.
Yarışı vaxtından əvvəl dayandıran britaniyalı sürücüyə nəticədə maliyyə sanksiyası tətbiq edilib.
Kanada Qran-prisnin qalibi isə “Mercedes”in gənc pilotu Andrea Kimi Antonelli olub. O, yarışı 1:28:15.758 nəticə ilə başa vurub.
İkinci yeri Lyuis Hemilton (“Ferrari”), üçüncü pilləni isə Maks Ferstappen (“Red Bull”) tutub.
Kanada Qran-prisinin ilk “10-luğ”u belə olub:
1. Andrea Kimi Antonelli (“Mercedes”)
2. Lyuis Hemilton (“Ferrari”)
3. Maks Ferstappen (“Red Bull”)
4. Şarl Lekler (“Ferrari”)
5. İsak Hacar (“Red Bull”)
6. Franko Kolapinto (“Alpine”)
7. Liam Louson (“Racing Bulls”)
8. Pyer Qasli (“Alpine”)
9. Karlos Sayns (“Williams”)
10. Oliver Berman (“Haas”)
Namiq HUN