2025-ci il medal sayında rekordla yadda qaldı

2025-ci il medal sayında rekordla yadda qaldı
30.12.2025 10:57 İdman

2025-ci ildə Azərbaycan idmançıları rekord sayda medal qazanıblar.

TodayPress TV xəbər verir ki, beynəlxalq arenada 2113 medala sahib çıxan atletlərimiz ölkə idmanı tarixində rekord göstəriciyə imza atıblar.

İdmançılarımız dünya və qitə çempionatları, kuboklar, Qran-Pri yarışları və müxtəlif beynəlxalq turnirlərdə 613 qızıl, 616 gümüş və 884 bürünc medal əldə ediblər. Qazanılan medalların 1443-ü Olimpiya idman növlərinin, 589-u qeyri-Olimpiya idman növlərinin, 81-i isə paralimpiya, deflimpiya və xüsusi olimpiya yarışlarının payına düşür. Bu nəticə Azərbaycan idmanı tarixində ən yüksək medal göstəricisi kimi qeydə alınıb.

Yola saldığımız İlan ilində ölkəmizdə bir sıra beynəlxalq yarışlar keçirilib. Bakı ilk dəfə UFC turnirinə ev sahibliyi edib. Bu tədbir həm yerli, həm də xarici ölkələrdən gələn turist və azarkeşlər tərəfindən maraqla qarşılanıb. 

MDB-nin idman paytaxtı elan edilən Gəncə şəhəri ilin ən böyük yarışı olan MDB Oyunlarına ev sahibliyi edib. Bu yarışın özəlliyi ilk dəfə paytaxtdan kənarda – Azərbaycanın Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərində təşkil olunmasında idi. III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində kamandan oxatma yarışları baş tutub. Bu ölkə idmanı baxımından çox əlamətdar hadisədir. 

Azərbaycan komandası multiidman yarışında 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medalla ikinci yeri tutub. İdmançılarımız medal sayına görə 2021-ci ildən keçirilən MDB Oyunları tarixinin ən yaxşı göstəricisinə imza atıb. 

Daha sonra idmançılarımız Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil ediblər. 174 idmançı ilə 20 növdə İslamiadanın mükafatları uğrunda mübarizə aparan millimiz 59 (9 qızıl, 19 gümüş, 31 bürünc) medalla 57 ölkə arasında 10-cu yeri tutub.      

Qeyd edək ki, Azərbaycan 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Bu qürurverici hadisədir. Bu qərar təsadüfi deyil. Ölkəmizdə keçirilən ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Yeniyetmələrin Yay Olimpiya Festivalı, “Formula -1” yarışı, eləcə də müxtəlif dünya və Avropa çempionatları bunun əsasını qoyub. Artıq bu cür yarışların Bakıda və regionlarda keçirilməsi adi hala çevrilib. Bütün bunlar ölkəmizin idman sahəsində təşkilatçılıq potensialını və qlobal nüfuzunu artırır. 

Gənclər və idman nazirliyi 2026-cı ilin məqsəd və planlarını müəyyən edib. Alovlu at ilində XXXIV Yay Olimpiya Oyunları üçün hazırlıqlara başlanılacaq. Artıq federasiyalarla birgə hansı sayda idmançının Olimpiya Oyunlarında iştirak edə biləcəyi ilə bağlı ilkin məlumatlar toplanıb. Bu istiqamətdə həm real, həm də maksimal hədəflər var. Yeni ulduz idmançıların Los-Ancelos Olimpiadasına lisenziya qazanıb, uğurlu çıxış edəcəklərinə inam var. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Bütün Xəbərlər