Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ildönümü qeyd olundu
14.07.2025 17:46 Hərbi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Tovuz döyüşlərinin beşinci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. 

TodayPress TV xəbər verir ki, tədbirlər çərçivəsində Şəhidlər xiyabanlarına gələn Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmiləri, şəhid ailələri, hərbi qulluqçular və müharibə iştirakçıları Tovuz döyüşlərində, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının məzarlarını ziyarət edərək xatirələrinə ehtiram nümayiş etdiriblər.

Çıxış edənlər Tovuz döyüşlərinin tarixi əhəmiyyətindən danışaraq bildiriblər ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti dəfə təxribata əl atıblar. Mövqelərimizi ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozan qarşı tərəf artilleriya qurğularından da istifadə etməklə qəflətən hücuma keçməyə cəhd göstərmiş, lakin Azərbaycan Ordusunun adekvat tədbirləri nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilmişdir. 

Keçirilən tədbirlər zamanı Tovuz döyüşlərinin gənclərdə döyüş ruhunun, qələbə əzminin yüksəlməsində böyük rolu olduğu qeyd edilib. Həmçinin şəhidlərimizin vətənpərvərliyi və döyüş meydanında göstərdikləri şəxsi igidliklər xüsusi vurğulanaraq, onların xatirələrinin daima əziz tutulacağı əminliklə bildirilib.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər