Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşdü

Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşdü
28.05.2025 12:31 Hərbi

Mayın 28-də Laçın şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munir ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Pakistanlı qonağı ölkəmizdə görməkdən məmnun olduğunu bildirən nazir onu "feldmarşal" ali hərbi rütbəsi alması münasibətilə təbrik edib.

General-polkovnik Z.Həsənov dost və qardaş ölkə Pakistanla əlaqələrin digər sahələrdə olduğu kimi hərbi sahədə də genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən feldmarşal A.Munir hərbi əlaqələrimizin inkişafı məqsədilə qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.

Tərəflər Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən müasir texnoloji yeniliklərin tətbiqi ilə birgə təlimlərin intensivliyinin artırılmasına dair fikir mübadiləsi aparıb, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

FOTOLAR

Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşdü — 1
Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşdü — 2
Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşdü — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər