Azərbaycan BƏƏ-nin axtarışa verdiyi şəxsi təhvil verdi

Azərbaycan BƏƏ-nin axtarışa verdiyi şəxsi təhvil verdi
23.07.2025 14:43 Hadisə

Cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir. Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən adam oğurluğu, qanunsuz azadlıqdan məhrumetmə, öldürməklə hədələmə, qəsdən sağlamlığa ağır zərər vurma və seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1985-ci il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Zhanbolat Serikov cari ilin yanvar ayında ölkəmizdə müəyyən edilərək, Baş Prokurorluğun vəsatətinə əsasən barəsində həbs qətimkan tədbiri seçilib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, Baş Prokurorluq tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanlarının ekstradisiyaya dair vəsatəti həm birinci, həm apellyasiya, həm də kassasiya instansiyalarında müdafiə edilib.

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qüvvədə olan ekstradisiya haqqında müqaviləyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsininin qərarına uyğun olaraq Zhanbolat Serikov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə adıçəkilən ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilib.

XƏBƏR LENTİ
04 IYUN 2026
Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Bütün Xəbərlər