Zərgərpalan hamamının açılışı oldu

Zərgərpalan hamamının açılışı oldu
15.07.2025 18:29 Elm və Təhsil

Bakıda XIX əsrə aid Zərgərpalan hamamı kimi tanınan tarixi abidənin konservasiya işlərindən sonra açılışı olub.

TodayPress TV xəbər verir ki, konservasiya işləri AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları və italiyalı professor Luici Skrinzi tərəfindən “Miras” İctimai Birliyinin sifarişi əsasında həyata keçirilib.

Zərgərpalan hamamında aparılan arxeoloji işlərin rəhbəri, professor Qafar Cəbiyev bildirib ki, tarixi tikili 1899-cu ildə yerli sahibkarların vəsaiti hesabına inşa olunub, 1937-ci ildə sahibi repressiyaya məruz qalıb və İkinci dünya müharibəsi dövründə təyinatı dəyişdirilərək müharibə üçün məhsullar hazırlayan sex və emalatxana kimi fəaliyyət göstərib.

Abidə barədə məlumat verən alim qeyd edib ki, hamamın əsas strukturu giriş otağı, iki əsas zal və onlara bitişik otaqlardan ibarətdir. Arxeoloji qazıntılar zamanı otaqların hər birində maddi-mədəniyyət nümunələri, konstruksiya qatları və memarlıq elementləri aşkarlanıb. Abidədə Şərq memarlığının elementləri (tağlar, günbəzlər, səkilər, fəvvarələr) ilə yanaşı, Avropa memarlıq məktəbinin bəzi xüsusiyyətləri də müşahidə olunur.

Q.Cəbiyev vurğulayıb ki, konservasiya işləri zamanı İtaliya texnologiyasından istifadə olunub və abidənin orijinallığı maksimum şəkildə qorunub.

FOTOLAR

Zərgərpalan hamamının açılışı oldu — 1
Zərgərpalan hamamının açılışı oldu — 2
Zərgərpalan hamamının açılışı oldu — 3
Zərgərpalan hamamının açılışı oldu — 4
Zərgərpalan hamamının açılışı oldu — 5
Zərgərpalan hamamının açılışı oldu — 6
Zərgərpalan hamamının açılışı oldu — 7
Zərgərpalan hamamının açılışı oldu — 8
Zərgərpalan hamamının açılışı oldu — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Bütün Xəbərlər