Yüksək Texnologiyalar Parkına direktor müavinləri təyin olundu

Yüksək Texnologiyalar Parkına direktor müavinləri təyin olundu
18.12.2025 13:07 Elm və Təhsil

Yüksək Texnologiyalar Parkına direktor müavinləri təyin olunub.

TodayPress TV xəbər verir ki, elm və təhsil nazirinin müvafiq əmri ilə Abutab Abbasova və Emin İsmayılov Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müavinləri vəzifələrinə təyin ediliblər.

Abutab Abbasova ADA Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb, Qlazqo Universitetində tələbə mübadilə proqramında iştirak edib, SOAS London Universitetində isə inkişaf elmləri üzrə magistratura təhsilini başa vurub. O, əmək fəaliyyətinə Xəzər Universitetində başlayıb. 2019-cu ildən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunda müxtəlif vəzifələrdə çalışıb, 2021–2024-cü illərdə həmin qurumun Təhsildə innovasiyalar şöbəsinin müdiri olub. Bununla yanaşı, Böyük Britaniya, Belçika Krallığı və ABŞ-də müxtəlif müəssisələrdə iş təcrübəsi qazanıb. A.Abbasova 2024-cü ildən indiyədək Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müşaviri vəzifəsini icra edib. Hazırda Bakı Dövlət Universitetində müəllim kimi də fəaliyyət göstərir.

Emin İsmayılov Türkiyənin Koç Universitetində biznesin idarəedilməsi ixtisası üzrə bakalavriat təhsili alıb və həmin ali təhsil müəssisəsində sahibkarlığın inkişafı üzrə ixtisaslaşma proqramını tamamlayıb. Əmək fəaliyyətinə "Baker Tilly Azerbaijan" şirkətinin Biznes Məsləhətləri departamentində başlayıb. Daha sonra PAŞA Həyat Sığorta şirkətinin Strategiya və İnvestisiya departamentində fəaliyyət göstərib. Təyinatadək SABAH.HUB İnnovasiya Mərkəzinin Strategiya və Layihələrin İdarəolunması departamentində çalışıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Все новости