“Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” adlı layihənin ilkin mərhələsi yekunlaşdı

“Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” adlı layihənin ilkin mərhələsi yekunlaşdı
06.08.2025 10:21 Elm və Təhsil

Gəncə şəhərində “Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” adlı layihənin ilkin mərhələsi yekunlaşıb.

TodayPress TV xəbər verir ki, mərhələli seçim prosesinin nəticəsində təlimlərə Gəncə şəhərində yerləşən müxtəlif universitetlərdə təhsil alan 45 tələbə cəlb olunub.

Layihənin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan gənclərin rəqəmsal və süni intellekt savadlılığını artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq, sahibkarlıq bacarıqlarını inkişaf etdirməklə onların məşğulluq imkanlarını və əmək bazarında rəqabət qabiliyyətini yüksəltməkdir.

Layihə çərçivəsində iştirakçılara təqdim olunan əlavə imkanlardan biri onların ingilis dili biliklərinin təkmilləşdirilməsidir. Süni intellekt üzrə təhsil alan, lakin dil bilikləri zəif olan gənclər üçün əlavə ingilis dili dərsləri təşkil olunur. Həmçinin süni intellekt üzrə təlimlərə hazırlıq mərhələsi kimi riyaziyyat və məntiq dərsləri də proqramda yer alır.

Dərslər hibrid formatda — Gəncə şəhərində yerləşən Mir Cəlal Paşayevin Muzeyində, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində fəaliyyət göstərən Gəncə STEAM Mərkəzində əyani şəkildə və eyni zamanda onlayn formatda təşkil olunur.

Yeni seçim mərhələsi sentyabr ayında elan olunacaq.

Qeyd edək ki, bu layihə ADA Universitetinin təşəbbüsü, ADA Universiteti Fondu və "Paşa Holding"in maliyyə dəstəyi ilə 2025-ci ilin iyun ayından etibarən region gəncləri üçün həyata keçirilir.

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər