Şuşada ilk dəfə "Son Zəng" tədbiri keçirildi

Şuşada ilk dəfə "Son Zəng" tədbiri keçirildi
14.06.2025 14:15 Elm və Təhsil

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə işğaldan sonra ilk dəfə "Son Zəng" tədbiri keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov və digər qurumların rəhbər şəxsləri iştirak edib.

Tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edib. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Tədbirin sonunda məzunlara tam orta təhsil haqqında attestatlar təqdim edilib.

Qeyd edək ki, bu il həmin məktəbdən 8 şagird məzun olur.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər