Xaricdə təhsil proqramı üzrə yeni tədris ilinə qəbulun nəticələrinin ilkin siyahısı dərc olundu

Xaricdə təhsil proqramı üzrə yeni tədris ilinə qəbulun nəticələrinin ilkin siyahısı dərc olundu
29.07.2025 10:09 Elm və Təhsil

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı) bakalavriat və doktorantura səviyyələri üzrə qəbul nəticələri müəyyən olunmuşdur.

Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən 125 nəfər namizəd bakalavriat səviyyəsi üzrə, 19 nəfər namizəd isə doktorantura səviyyəsi üzrə olmaqla, müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq ümumilikdə 144 nəfər Dövlət Proqramına qəbul olmuş və proqram iştirakçısı adını qazanmışdır.

Dövlət Proqramı iştirakçıları dünyanın 33 nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar ki, bu ali təhsil müəssisələri sırasında "Stanford University", "University of California, Berkeley", "National University of Singapore", "ETH Zurich", "University of Cambridge", "University of Oxford", University of Hong Kong", "Istanbul Technical University", "Seoul National University" kimi nüfuzlu ali təhsil müəssisələri də yer alır.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı da vardır ki, 2025/2026-cı tədris ili üzrə proqram iştirakçısı seçilmiş namizədlərdən proqramdan bu və ya digər səbəbdən imtina etdiyi təqdirdə Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutularaq sözügedən siyahıya istinad olunaraq növbəti Dövlət Proqramı iştirakçısının seçilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Dövlət Proqramı çərçivəsində magistratura səviyyəsi üzrə ilkin mərhələdə sənədlərini düzgün şəkildə təqdim edən namizədlərlə növbəti mərhələ olaraq müsahibələr keçirilməkdədir. Müvafiq təhsil səviyyəsi üzrə nəticələrin açıqlanması növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər