Təhsil sənədləri elektronlaşır: Tələbə və məzunlar üçün yeni imkanlar

Təhsil sənədləri elektronlaşır: Tələbə və məzunlar üçün yeni imkanlar
12.01.2026 13:55 Elm və Təhsil

"Azərbaycanda təhsil sənədlərinin elektron formata keçirilməsi tələbələr və məzunlar üçün mühüm üstünlüklər vəd edir".

Bunu TodayPress TV-yə danışan təhsil eksperti Ramin Nurəliyev bildirib.


Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr artıq hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq:

"Bu qərar dünya təcrübəsinə uyğun olmaqla yanaşı, tələbələr üçün ciddi rahatlıq yaradacaq. İnkişaf etmiş ölkələrdə elektron diplomlar artıq uzun müddətdir tətbiq olunur. Türkiyədə də bunun real nümunələrini görürük. Bu sistemin Azərbaycanda tətbiqi tələbələr üçün böyük üstünlükdür".

Ekspertin fikrincə, elektron attestatların tətbiqi xüsusilə xaricdə təhsil almaq istəyən gənclər üçün vaxt itkisini aradan qaldıracaq:

"İndiyədək bəzi regionlarda attestatların verilməsində gecikmələr müşahidə olunurdu. Yeni qərarla bu problem aradan qalxacaq və məzunlar maksimum 10 gün ərzində elektron sənədlərini əldə edə biləcəklər. Eyni problem ali təhsil müəssisələrini bitirən gənclər üçün də aktual idi. Bu vaxta qədər diplomların verilməsi aylarla, bəzi hallarda isə hərbi xidmət səbəbindən daha uzun çəkirdi. Elektron diplomların tətbiqi xüsusilə xaricdə magistratura təhsili almaq istəyən gənclər üçün yeni imkanlar açacaq".

O vurğulayıb ki, qərar yalnız məzunlara deyil, təhsilini yarımçıq dayandıran və ya müvəqqəti fasilə verən şəxslərə də aiddir. Belə şəxslər artıq arayış almaq üçün universitetlərdə növbələrdə dayanmayacaq, sənədlərini elektron formada əldə edərək istənilən quruma təqdim edə biləcəklər:

"Məzunlar artıq aylarla diplom gözləmədən elektron sənədlə işə müraciət edə biləcəklər və bu da onların iş həyatına daha tez inteqrasiya olunmasına şərait yaradacaq. Cəmiyyətdə bu qərarla bağlı yanlış fikirlər də yayılıb. Bəzi şəxslər bunu fəaliyyəti dayandırılmış ali təhsil müəssisələrində oxuyanların diplom əldə etməsi kimi şərh edir, lakin bu, tamamilə yanlışdır. Bağlanmış ali təhsil müəssisələrində oxuyan şəxslərə diplom verilməsi nəzərdə tutulmur. Yalnız həmin şəxsin müəyyən müddət təhsil aldığını təsdiq edən arayış təqdim oluna bilər. Bu arayış diplomu əvəz etmir", – deyə Ramin Nurəliyev bildirib.

Qeyd edək ki, artıq ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Hətta təhsilini müxtəlif səbəblərdən tamamlaya bilməyən şəxslərə də verilən arayışlar elektron sənəd formasında yaradılacaq. 

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 Все новости