Qarabağ Universitetinin 50 tələbəsinə hər ay 200 manat təqaüd veriləcək

Qarabağ Universitetinin 50 tələbəsinə hər ay 200 manat təqaüd veriləcək
03.06.2025 13:28 Elm və Təhsil

Qarabağ Dirçəliş Fondu 2025-2026-cı akademik ili çərçivəsində Qarabağ Universitetində təhsil alan 50 tələbəyə təqaüd dəstəyi göstərəcək. 

TodayPress TV xəbər verir ki, bununla bağlı Fond Xankəndidə keçirilən “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində təşəbbüslə çıxış edib. 

Bildirilib ki, məqsəd azad olunmuş ərazilərdə insan kapitalının inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin potensialının üzə çıxarılması və dayanıqlı inkişafı təmin etməkdir. 

Təşəbbüs Forum çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondu arasında Memorandumun imzalanması ilə rəsmiləşdirilib. 

Qeyd edək ki, tərəflər arasında əldə edilən razılaşma QDF-in “Qarabağ Təqaüd Proqramı” çərçivəsində istedadlı tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etmək və bölgədə bilik iqtisadiyyatının inkişafına töhfə vermək istiqamətində strateji öhdəliyini əks etdirir. 

Proqrama əsasən, seçilmiş hər bir tələbə bir akademik il ərzində hər ay 200 manat məbləğində təqaüdlə təmin olunacaq.

Bu, ümumilikdə, hər tələbə üçün 2 min manat təşkil edir.

Təqaüdə namizədlər universitet tərəfindən akademik göstəricilər əsasında, Təhsilin İnkişafı Fondu ilə əlaqəli şəkildə müəyyən olunacaq.

XƏBƏR LENTİ
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Bütün Xəbərlər