Məşhur liseyin rus bölməsinə qəbul dayandırıldı

Məşhur liseyin rus bölməsinə qəbul dayandırıldı
12.01.2026 10:25 Elm və Təhsil

Yeni tədris ilindən etibarən Hədəf liseyləri üzrə 1-ci siniflər üçün rus bölməsinə qəbul olmayacaq.

TodayPress TV xəbər verir ki, qərar Hədəf Liseyinin yarımillik iclasında açıqlanıb və təhsil ictimaiyyətində geniş müzakirə yaradıb.

Liseyin Qurucu Direktoru, dosent Şəmil Sadiq bildirib ki, bu addımın iki əsas səbəbi var: rus bölməsinə tələbatın azalması və liseyin bilingval — Azərbaycan–ingilis dilli təhsil modelinə keçidi. Onun sözlərinə görə, rus dili bundan sonra ikinci xarici dil kimi təklif olunacaq və rus dilini öyrənmək istəyənlər üçün imkanlar saxlanılacaq.

“Biz təhsildə prioritetlərimizi yenidən müəyyənləşdiririk. Bununla bağlı keçən il ilkin olaraq fikrimizi bildirmişdik, yeni modelimiz Azərbaycan və ingilis dilləri üzərində qurulur,” -deyə Şəmil Sadiq vurğulayıb.

Mövcud şagirdlər narahat olmasın: hazırda rus bölməsində təhsil alan şagirdlər 2-ci sinifdən etibarən əvvəlki proqramla oxumağa davam edəcəklər. Qərar yalnız yeni qəbul olunacaq 1-ci siniflərə aiddir.

İclasda daha bir mühüm yenilik də açıqlanıb. Yeni tədris ilindən 2–9-cu siniflərdə təhsil alan ingilis və rus bölmələrinin şagirdləri Azərbaycan bölməsində istifadə olunan Azərbaycan dili dərsliyindən yararlanacaqlar. Bu isə o deməkdir ki, bütün bölmələrdə Azərbaycan dili siniflərə uyğun olaraq həftəlik 5–9 saat həcmində tədris ediləcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Все новости