Məşhur liseyin rus bölməsinə qəbul dayandırıldı

Məşhur liseyin rus bölməsinə qəbul dayandırıldı
12.01.2026 10:25 Elm və Təhsil

Yeni tədris ilindən etibarən Hədəf liseyləri üzrə 1-ci siniflər üçün rus bölməsinə qəbul olmayacaq.

TodayPress TV xəbər verir ki, qərar Hədəf Liseyinin yarımillik iclasında açıqlanıb və təhsil ictimaiyyətində geniş müzakirə yaradıb.

Liseyin Qurucu Direktoru, dosent Şəmil Sadiq bildirib ki, bu addımın iki əsas səbəbi var: rus bölməsinə tələbatın azalması və liseyin bilingval — Azərbaycan–ingilis dilli təhsil modelinə keçidi. Onun sözlərinə görə, rus dili bundan sonra ikinci xarici dil kimi təklif olunacaq və rus dilini öyrənmək istəyənlər üçün imkanlar saxlanılacaq.

“Biz təhsildə prioritetlərimizi yenidən müəyyənləşdiririk. Bununla bağlı keçən il ilkin olaraq fikrimizi bildirmişdik, yeni modelimiz Azərbaycan və ingilis dilləri üzərində qurulur,” -deyə Şəmil Sadiq vurğulayıb.

Mövcud şagirdlər narahat olmasın: hazırda rus bölməsində təhsil alan şagirdlər 2-ci sinifdən etibarən əvvəlki proqramla oxumağa davam edəcəklər. Qərar yalnız yeni qəbul olunacaq 1-ci siniflərə aiddir.

İclasda daha bir mühüm yenilik də açıqlanıb. Yeni tədris ilindən 2–9-cu siniflərdə təhsil alan ingilis və rus bölmələrinin şagirdləri Azərbaycan bölməsində istifadə olunan Azərbaycan dili dərsliyindən yararlanacaqlar. Bu isə o deməkdir ki, bütün bölmələrdə Azərbaycan dili siniflərə uyğun olaraq həftəlik 5–9 saat həcmində tədris ediləcək.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 All News