Məleykə Abbaszadə: “Qayda pozanların bütün nəticələri ləğv olunacaq”
“Qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunacaq və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirəcəklər”.
TodayPress TV xəbər verir ki, mayın 23-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O diqqətə çatdırıb ki, qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər.
“Hər il xəbərdarlıq etməyimizə baxmayaraq, təəssüf ki, bu tip mənfi hallar yaşanır”.
Töhfə Səməd