Məktəbəqədər təhsildə yer qıtlığına həll: Özəl bağçalara dövlət dəstəyi

Məktəbəqədər təhsildə yer qıtlığına həll: Özəl bağçalara dövlət dəstəyi
27.11.2025 17:08 Elm və Təhsil

“2025-2026-cı tədris ili üçün 63 özəl məktəbəqədər təhsil müəssisəsinə qrant ayrılması məktəbəqədər təhsil sahəsində əlçatanlığın artırılması baxımından ən çevik həll mexanizmlərindən biri hesab olunur”.

Bunu TodayPress TV-yə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.


O bildirib ki, son beş ildə 3-5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 17%-dən 38-40%-ə yüksəlsə də, bu göstərici Avropa ölkələri ilə müqayisədə hələ də aşağıdır. Estoniyada 91%, Finlandiyada 87%, Polşada 79%, Türkiyədə isə 55-60% olan cəlb səviyyəsi Azərbaycanın bu sahədə əsas çatışmazlığının hələ də əlçatanlıq və yer qıtlığı olduğunu göstərir.

““Məktəbəqədər Təhsil haqqında” Qanunun 4.0.4-cü maddəsinə görə, dövlət məktəbəqədər təhsilin əlçatanlığını təmin etməlidir. Lakin bir çox ərazilərdə dövlət bağçalarının doluluğu 95-100%-ə çatır, bəzi yaşayış massivlərində isə yüzlərlə uşaq yerlərin məhdudluğu səbəbindən növbədə qalır. Yeni bağça tikintisinin həm bahalı, həm də vaxt aparan proses olduğunu vurğulayan ekspert qeyd edib ki, 6-12 milyon manatlıq investisiya və 2-3 illik tikinti müddəti ilə müqayisədə özəl bağçalara qrant ayrılması daha sürətli və səmərəli nəticə verir”.

Ekspertin sözlərinə görə, qrant mexanizmi həm valideyn yükünü azaldır, həm də dövlət bağçasına qəbul ola bilməyən ailələr üçün real alternativ yaradır:


“Aylıq təhsil haqqının 250 manatının dövlət tərəfindən ödənilməsi məktəbəqədər təhsili həm daha əlçatan edir, həm də keyfiyyətli özəl bağçalara əlavə uşaqlar qəbul etmək üçün stimul yaradır. Polşa və Estoniyada tətbiq olunan analoji mexanizmlər məktəbəqədər təhsilə cəlb səviyyəsini 12-18% artırıb ki, bu da Azərbaycanın seçdiyi modelin beynəlxalq təcrübəyə uyğun olduğunu göstərir”.

Kamran Əsədov bəzi vətəndaşların dövlət vəsaitinin yalnız dövlət bağçalarına yönəldilməsinin daha doğru olduğu barədə fikirlərinə də münasibət bildirib:

“Bu yanaşma emosional baxımdan başadüşüləndir, lakin struktur baxımdan doğru deyil. Dövlət bağçasının tikintisi uzunmüddətli kapital xərci tələb edir. Qrant isə operativ mexanizmdir və nəticə dərhal görünür. Qrant mexanizmi dövlət bağçalarının inkişafını əvəz etmir, əksinə, paralel həyata keçiriləndə sistemin ümumi gücünü artırır. Elm və Təhsil Nazirliyinin məqsədi dövlət sektorunu deyil, mövcud boşluğu özəl sektorun potensialı hesabına daha tez doldurmaqdır. Bu yanaşma həm “dövlət-özəl tərəfdaşlığı” modelinə uyğundur, həm də büdcə yükünü optimallaşdırır. Dəyişəcək əsas istiqamət məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsi və valideyn yükünün azalması olacaq. Uzunmüddətli mərhələdə isə dövlət bağçalarının sayının artırılması, qrup doluluğunun normallaşdırılması, kadr hazırlığının gücləndirilməsi və özəl sektorun daha ciddi akkreditasiyadan keçirilməsi vacibdir”.

Ekspert əlavə edib ki, bu qərar həm sosial bərabərliyi gücləndirir, həm əlçatanlığı artırır, həm də məktəbəqədər təhsildə real struktur boşluqları operativ şəkildə aradan qaldırır. Elm və Təhsil Nazirliyinin bu siyasəti çevik və beynəlxalq standartlara uyğun bir model kimi sistemə müsbət təsir göstərəcək.

Qeyd edək ki, 2025-2026 tədris ili üzrə 63 özəl məktəbəqədər təhsil müəssisəsinə (bağça) Elm və Təhsil Nazirliyi tərəfindən qrant ayrılacaq.


Qrant mexanizminə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub. Bu addım bir növ valideynlərə yardım məqsədi daşıyır və dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyən uşaqların seçilmiş özəl bağçalara yönləndirilməsinə dövlət dəstəyidir.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Все новости