İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular
31.07.2025 13:56 Elm və Təhsil

23 iyul 2025-ci il tarixində İtaliyanın Roma şəhərində Qlobal menecment və siyasət üzrə ikili diplom magistr proqramının ilk buraxılışı qeyd olunub. 

TodayPress TV xəbər verir ki, bu magistr proqramı İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Luiss Universiteti və ADA Universiteti tərəfindən birgə tədris olunur.

Məzunlar iki il ərzində Bakıda və Romada təhsil alaraq hər iki universitetin diplomunu əldə edirlər. 

Məzun günü, ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri çərçivəsində təşkil olunub. Səfər zamanı, ADA Universitetinin İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Luiss Universiteti ilə əməkdaşlığının gedişatı müzakirə edilmişdir. Bundan əlavə, Qlobal menecment və siyasət üzrə ikili diplom magistr proqramının növbəti dövrdə davam etdirilməsi üçün yeni saziş imzalanmışdır.

Səfər Luiss Universitetinin Viale Romania kampusunda, universitetin beynəlmiləlləşmə üzrə prorektoru Antonio Mayokkinin ev sahibliyi ilə keçirilən ziyafətlə yekunlaşıb. Tədbirdə Azərbaycan Respublikasının İtaliyadakı səfiri Rəşad Aslanov və Müqəddəs Taxt-Tacda səfiri İlqar Muxtarov da iştirak ediblər.

Hazırda ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində səkkiz bakalavr və iki magistr ixtisası tədris olunur.  Bu ixtisaslardan üçü ikili diplom proqramıdır. Həmin proqramlar İtaliyanın beş aparıcı universiteti ilə əməkdaşlıq sazişləri əsasında həyata keçirilir.

FOTOLAR

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular — 1
İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular — 2
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər