Xamenei: "ABŞ ilə danışıqlar İranın milli maraqlarına xidmət etmir"
"Hazırkı vəziyyətdə ABŞ ilə danışıqların İrana heç bir faydası yoxdur və ölkəyə zərərin qarşısını ala bilməz".
TodayPress TV xəbər verir ki, bunu İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei deyib.
“İndiki vəziyyətdə ABŞ hökuməti ilə danışıqlar bizim milli maraqlarımıza xidmət etmir, bizə heç bir fayda vermir və heç bir zərərin qarşısını almayacaq. ABŞ-nin istədiyi və haqqında danışdığı danışıqlar dialoq deyil, diktədir. Çünki ABŞ tərəfi danışıqların nəticəsini əvvəlcədən müəyyən edib, yəni nəticənin yalnız İranda uranın zənginləşdirilməsi və bütün nüvə fəaliyyətlərinin dayandırılması ilə nəticələnəcəyini bəyan edib”, - Xamenei vurğulayıb.
Aynur TAC