Tramp: "Yaxın Şərqdə sülh üçün yaxşı şans var"

Tramp: "Yaxın Şərqdə sülh üçün yaxşı şans var"
29.09.2025 12:43 Dünya

Donald Tramp Ağ Evdə Benyamin Netanyahu ilə görüşündən öncə  Yaxın Şərqdə sülh üçün real imkan olduğunu bildirib və hər kəsin buna hazır göründüyünü vurğulayıb.

TodayPress TV  xəbər verir ki, Donald Tramp "NBC News"a müsahibəsində administrasiyasının daxili və xarici siyasətini dəyərləndirib

O həmçinin İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyini bir daha qeyd edib

Tramp Portlendə Milli Qvardiya göndərilməsini müdafiə edərək orada hücumlar və yanğınlar baş verdiyini Amerikanın şəhərində bunun qəbuledilməz olduğunu deyib.

Çikaqonu cinayət yuvası adlandıran Tramp bu şəhərdə də federal əməliyyat keçirmək istədiklərini açıqlayıb.

O əlavə edib ki FTB-nin sabiq direktoru Kristofer Wrey vəzifədə olarkən uyğun olmayan addımlar atıb və Ədliyyə Nazirliyinin onu araşdırdığını düşündüyünü bildirib.

Trampın Qəzza planına görə HƏMAS və İsrail razılaşdığı halda hücumlar dayandırılacaq bütün israilli məhbuslar 48 saat ərzində qaytarılacaq Qəzza texnokrat hökumət tərəfindən idarə olunacaq təhlükəsizlik sülhməramlılar tərəfindən təmin ediləcək İsrail isə mərhələli şəkildə geri çəkiləcək.

Müvəqqəti administrasiya islahatlar həyata keçirdikdən sonra bölgə Ramallah administrasiyasına təhvil veriləcək. HƏMAS silahlarını yerə qoyacaq. Rəsmilərə qalmaq və ya ölkəni tərk etmək imkanı veriləcək. Əhali isə zorla köçürülməyəcək və gedənlər geri qayıda biləcək.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər