Şmıqal: "Ukraynanın 6 milyard dollara ehtiyacı var"

Şmıqal: "Ukraynanın 6 milyard dollara ehtiyacı var"
21.07.2025 16:56 Dünya

Ukrayna müdafiə naziri Denis Şmıqal bəyan edib ki, ölkəsinin 2025-ci ildə silah tədarükü ilə bağlı büdcə kəsirini bağlamaq üçün 6 milyard ABŞ dollarına ehtiyacı var.

TodayPress TV yerli mediaya istinadən xəbər verir ki, o, bu barədə iyulun 21-də “Ramştayn” formatında keçirilən müdafiə üzrə əlaqələndirmə qrupunun onlayn iclasında çıxış edib.

Şmıqal bildirib ki, bu vəsait Ukraynanın cəbhə xəttini saxlamaq üçün daha çox pilotsuz uçuş aparatları (PUA) istehsal etməsinə və Rusiya PUA-larına qarşı istifadə ediləcək müdafiə dronlarının hazırlanmasına imkan verəcək.

Nazir həmçinin Avropa ölkələrini ABŞ tərəfindən Kiyevə verilməsi nəzərdə tutulan “Patriot” raketlərinin satın alınmasına çağırıb. O, Qərb tərəfdaşlarına müraciət edərək, 2026-cı il üçün dövlət büdcələrində Ukrayna üçün maliyyə vəsaiti ayırmağa hazır olmalarını istəyib.

Qeyd edək ki, "Ramştayn" formatında keçirilən son görüş Böyük Britaniya və Almaniyanın rəhbərliyi ilə baş tutur. Toplantıda NATO-nun baş katibi Mark Rutte və ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı, NATO-nun Avropadakı Birləşmiş Qüvvələr Komandanı Aleksus Qrinkeviç də iştirak edir.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər