Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı

Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23.05.2025 22:00 Dünya

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı daha bir cinayət işi məhkəməyə göndərilib.

TodayPress TV xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, 2008-ci ilin fevralında Sarkisyan və onun baş köməkçisi (qeyri-rəsmi olaraq eks-prezidentin kürəkəni Mikael Minasyan olduğu bildirilir) baş nazir vəzifəsində olarkən 2,9 milyon dollar rüşvət alıblar. Bunun müqabilində Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin səhmlərinin 100 faizinin xarici investora satılmasına mane olmamaq barədə razılığa gəliblər.

İş yekunlaşaraq ittiham aktı ilə məhkəməyə göndərilib.

Qeyd edək ki, Serj Sarkisyan daha iki cinayət işi üzrə ittiham olunur. Onlardan biri neft məhsulları idxal edən “Flesh” şirkətinin mühafizəsi, ikincisi İrəvandakı “Erablur” hərbi panteonu yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.

2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Silva Hambardzumyan dağ-mədən sektorunda işləmək üçün icazə almaq üçün bu illər ərzində yüksək vəzifəli məmurlara rüşvət verdiyini bəyan edib.

Bu ifadələr əsasında cinayət işləri açılıb və bu işlərdə Sarkisyandan başqa, müttəhimlər arasında sabiq prezident Robert Köçəryan, keçmiş baş nazirin müavini Armen Gevorqyan, biznesmen Samvel Mayrapetyan və keçmiş təbiəti mühafizə naziri Aram Arutyunyan da var.

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər