Qırğızıstan pornoqrafik məzmuna qadağa qoydu

Qırğızıstan pornoqrafik məzmuna qadağa qoydu
25.06.2025 10:55 Dünya

Qırğızıstan parlamenti ölkə daxilində internetdə pornoqrafik məzmunun yayılmasını qadağan edən qanun layihəsini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə “24.kg” informasiya agentliyi məlumat yayıb.

“Qırğızıstanın internet məkanında pornoqrafik xarakterli elementlər daşıyan kontentin yayılması yolverilməzdir”, – deyə sənəddə qeyd olunur.

Qanuna görə, tələb göndərildikdən sonra 24 saat ərzində həmin saytlara giriş bloklanmalıdır. Eyni zamanda, yeni pornoqrafik saytların yaradılmasına da tam qadağa qoyulur.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər