Pezeşkian əsəbləşdi: "Cavab vermə, yerində otur!"
İranda bölgələrarası nümayəndələr görüşündə mübahisə baş verib.
TodayPress TV İran KİV-ə istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkianın Urmiyaya səfəri zamanı Qərbi Azərbaycan əyalətindən olan nümayəndələrlə keçirilən görüşdə fikir ayrılığı yaranıb.
Bukan şəhərinin kürd millət vəkili Qasım Süleymani bəzi nümayəndələrin dəvət olunmadığını iddia edib. Bununla bağlı Qoşaçay (Miyandab) şəhərinin azərbaycanlı millət vəkili Firidun Faiziniya onu yalan danışmaqda ittiham edib və bildirib ki, həmin bölgədən 3 nəfər dəvət olunub, lakin onlar görüşə gəlməyiblər.
Mübahisə qızışanda Məsud Pezeşkian Firidun Faiziniyaya azərbaycanca “cavab vermə, yerində otur” deyərək müdaxilə edib.
Jalə Rövşən