Netanyahunun ofisi: “Madlin”ni ələ keçirmə əməliyyatı beynəlxalq hüquqa uyğundur

Netanyahunun ofisi: “Madlin”ni ələ keçirmə əməliyyatı beynəlxalq hüquqa uyğundur
09.06.2025 14:10 Dünya

İsrail ordusunun “Madlin” gəmisini saxlamaq əməliyyatı beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Hendelman "X"da məlumat verib.

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin əməliyyatı “çevik, peşəkar və beynəlxalq hüquq normalarına tam uyğun şəkildə” baş tutub. “İsrail quruda, havada və dənizdə öz təhlükəsizliyini pozmağa yönəlmiş istənilən cəhdin qarşısını qətiyyətlə almaqda davam edəcək”, - deyə Hendelman bildirib.

O əlavə edib ki, İsrail Qəzza zolağına mövcud dəniz blokadasını pozmaq cəhdlərini HƏMAS təşkilatına "şüurlu dəstək" kimi qiymətləndirir. Hendelmanın sözlərinə görə, müdafiə naziri İsrael Katsın göstərişi ilə gəmidəki sərnişinlərə 7 oktyabr 2023-cü il tarixində İsrailə edilən hücum zamanı HƏMAS tərəfindən törədilmiş “kütləvi vəhşiliklərə dair” sənədlər nümayiş etdiriləcək. “Özlərini humanitar fəallar kimi təqdim edənlər kimin maraqlarına xidmət etdiklərini və onların müttəfiqlərinin insanlığa qarşı hansı cinayətlər törətdiklərini aydın şəkildə dərk etməlidirlər”, - deyə o bildirib.

Qeyd edək ki, İsrailin “Şayetet-13” adlı dəniz xüsusi təyinatlıları 9 iyun gecəsi Qəzza sahillərinə doğru irəliləyən “Madlin” gəmisinə nəzarəti ələ alıblar. "Ynet" portalının məlumatına görə, gəmi Aşdod limanına tərəf yola salınıb. İsrail Xarici İşlər Nazirliyi gəmidə 12 fələstin tərəfdarı fəalın olduğunu və onların yaxın günlərdə öz ölkələrinə qaytarılacağını bildirib. Sərnişinlər arasında tanınmış isveçli iqlim fəalı Qreta Tunberqin də olduğu bildirir.

Xatırladaq ki, “Madlin” gəmisi “Azadlıq donanması” koalisiyasına məxsusdur. O, 1 iyun tarixində Siciliya sahillərindən Qəzza üçün humanitar yardımla yola düşmüşdü. Yardım yükünə uşaq qidaları, bezlər, un, düyü, su filtrləri, gigiyena vasitələri və tibbi avadanlıqlar daxil idi. İsrailin müdafiə naziri Kats 8 iyun tarixində gəminin Qəzzaya çatmasına imkan verilməməsi üçün ordunun bütün zəruri tədbirləri görməsi barədə göstəriş vermişdi.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər