Meksikada qatar avtobusa çırpıldı –YENİLƏNDİ

Meksikada qatar avtobusa çırpıldı –YENİLƏNDİ
09.09.2025 10:36 Dünya

Meksikada qatarla avtobusun toqquşması nəticəsində azı 10 nəfər həyatını itirib, 55 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisə Meksikanın paytaxtı Mexikodan təxminən 130 kilometr şimal-qərbdə, Atlakomulko şəhərinin sənaye zonasında baş verib. Məlumata görə, qatar dəmir yolu keçidində ikimərtəbəli avtobusa çırpılıb və zərbənin gücündən nəqliyyat vasitəsi yarıya bölünüb.

Toqquşma anı ərazidə olan müşahidə kameraları tərəfindən lentə alınıb. Kadrlar sosial şəbəkələrdə yayılıb və geniş rezonansa səbəb olub.

Hazırda hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Türkan İsgəndərli


***


08:44


Meksikada qatarla ikimərtəbəli avtobusun toqquşması nəticəsində 9 nəfər ölüb, 41 nəfər yaralanıb.

TodayPress TV-nin məlumatına görə, bu barədə "La Jornada" nəşri məlumat yayıb.

Hadisə zamanı avtobusda 50 nəfər olub. Ən azı 10 sərnişin ağır xəsarətlər alıb.

Yaralananlar xəstəxanalara yerləşdirilib.

Aynur TAC

TodayPress TV 

XƏBƏR LENTİ
01 IYUN 2026
Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Azərbaycandan Ermənistana gübrə və buğda göndəriləcək? 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 Bütün Xəbərlər