Makron: "İranda hakimiyyətin zorla dəyişdirilməsi strateji səhvdir"

Makron: "İranda hakimiyyətin zorla dəyişdirilməsi strateji səhvdir"
17.06.2025 12:25 Dünya

Fransa prezidenti Emmanuel Makron bildirib ki, İranda hakimiyyəti kənardan zorla dəyişmək cəhdi strateji səhv olar. 

TodayPress TV xəbər verir ki, o, bu fikrini Kanadada keçirilən G7 sammiti çərçivəsində səsləndirib. 

Makronun sözlərinə görə, bir ölkəyə xaricdən hərbi müdaxilə və ya zorla təsir etməklə onu xilas etmək mümkün deyil və bu cür düşüncə tarixi təcrübəyə ziddir.

Fransa lideri İsrail və İran arasında davam edən hərbi münaqişəyə toxunaraq hər iki tərəfi enerji infrastrukturu, inzibati obyektlər və mülki şəxsləri hədəf alan hücumlardan çəkinməyə çağırıb.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə hücum edib. İran isə cavab olaraq İsrailə raketlər atıb. Hazırda İran və İsrail arasında qarşılıqlı zərbələr davam edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
02 IYUN 2026
gdgds 21:31 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 Bütün Xəbərlər