Kreml Alyaska sammitinin detallarını açıqlamağı məqsədəuyğun saymır

Kreml Alyaska sammitinin detallarını açıqlamağı məqsədəuyğun saymır
27.08.2025 19:00 Dünya

Rusiya tərəfi hesab edir ki, Alyaskada keçirilən sammitin detallarının ictimaiyyətə açıqlanması ümumi iş üçün faydalı olmaz.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna üzrə mümkün kompromislərlə bağlı iddialara münasibət bildirərkən “TASS”a açıqlama verib.

Peskov qeyd edib ki, görüşdə Ukrayna ilə bağlı məsələlər müzakirə olunub, lakin danışıqların səmərəli nəticə verməsi üçün işin qapalı formatda aparılması daha məqsədəuyğundur: 

“Biz hesab edirik ki, hər hansı detalları açıq şəkildə paylaşmaq ümumi proses üçün faydalı olmaz. Yalnız qapalı rejimdə aparılan iş nəticəyə gətirib çıxara bilər”.

Kremlin sözçüsü əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında “məzmunlu, konstruktiv, faydalı və zəruri” söhbət baş tutub. Onun sözlərinə görə, Moskva bu danışıqların nəticəliliyini yüksək qiymətləndirir.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər