CHP qurultayı istintaqında 9 nəfər HƏBS OLUNDU

CHP qurultayı istintaqında 9 nəfər HƏBS OLUNDU
23.05.2026 22:50 Dünya

Türkiyədə CHP-nin 38-ci növbəti qurultayı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 13 şübhəlidən 9-u barəsində həbs qərarı çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə İstanbul Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, istintaq CHP qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları əsasında başladılıb. İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin araşdırmaları nəticəsində şübhəlilərin “Siyasi Partiyalar Qanunu”nu pozmaq, rüşvət almaq və cinayət yolu ilə əldə olunan əmlakı leqallaşdırmaqda iştirak etdikləri ehtimal olunur.

Əməliyyat zamanı İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyadakı ünvanlarda axtarış və müsadirə tədbirləri həyata keçirilib.

Saxlanılan şəxslərdən Safi Karayalçın, Suat Dülger, Kalender Özdemir, Özkan Deniz, İbrahim Şahin, Umut Sapan, Metin Kaya, Gaffar Çiçek və Mehmet Ayıp Demirbükenin həbsinə qərar verilib.

Digər şübhəlilər Ayça Akpek Şenay, Gülhan Aydın, Melda Tanışman Tutan və Hayati Kaya barəsində isə məhkəmə nəzarət qətimkan tədbiri seçilib.

Aysel Mətləb

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Все новости