MM-in parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradıldı

MM-in parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradıldı
24.02.2026 12:00 Daxili siyasət

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb.

TodayPress TV xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Qərara əsasən, Milli Məclisin Keniya, Qambiya, Laos, Maldiv parlamentləri ilə işçi qrupları yaradılıb.

Sənədə görə, Azərbaycan- Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Ramid Namazov, Azərbaycan - Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Eyvaz Qurbanov, Azərbaycan - Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülşən Paşayeva, Azərbaycan - Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri isə deputat Azər Allahverənov təyin edilib.

Qərar layihəsində həmçinin vurğulanıb ki, Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Vasif Qafarov təyin edilir.

Qeyd edək ki, daha öncə həmin işçi qrupuna Ramil Həsən rəhbərlik edirdi. 2025-ci il oktyabrın 15-də onun deputat səlahiyyətlərinə xitam verilib. İndiyə qədər sözügedən işçi qrupuna rəhbər təyin edilməmişdi.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Все новости