Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edildi

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edildi
21.10.2025 17:43 Daxili siyasət

Oktyabrın 21-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.

TodayPress TV xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası açan komitə sədri Əli Hüseynli gündəliyə 8 məsələnin daxil edildiyini deyib. Məlumat verilib ki, gündəliyin ilk 5 məsələsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ali Məhkəməyə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və regional apelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi və vəzifələrinin dəyişdirilməsi ilə bağlı təqdimatlardan ibarətdir.

Daha sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurov Şura tərəfindən son dövrlərdə görülən işlər, eləcə də məhkəmə-hüquq sistemində həyata keçirilən genişmiqyaslı islahatlar barədə məlumat verib. O, bu il Məhkəmə-Hüquq Şurasında Hakimlərin I Forumunun, Şuranın 20 illik yubileyinə həsr olunmuş tədbirin və digər mühüm görüşlərin keçirildiyini qeyd edib.

Bildirilib ki, namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı və iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə, 11 hakimlə bağlı məsələlər müzakirəyə təqdim olunub. Onlardan 2 nəfərin Azərbaycan Respublikası Ali Məhkəməsinə, 5 nəfərin Bakı Apellyasiya Məhkəməsinə, 2 nəfərin Gəncə Apellyasiya Məhkəməsinə təyinatı nəzərdə tutulub. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakimlərinin iş yerlərinin dəyişdirilməsi müzakirəyə təqdim olunan sənəddə öz əksini tapıb.

Sonra komitə sədri ikinci oxunuşda olan gündəliyin növbəti 3 məsələsini - “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında”, “Dövlət qulluğu haqqında” və “Yol hərəkəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, üzvləri Bəhruz Məhərrəmov, Azay Quliyev və Erkin Qədirli çıxış edərək, təqdim olunan qanun layihələri ilə bağlı fikirlərini bölüşüb, təklif və qeydlərini səsləndiriblər.

Onlayn iclasın sonunda təqdim edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Sabir Hacıyev, Mübariz Qurbanlı, Nurlan Həsənov, Fəzail İbrahimli, Nizami Səfərov, Kamal Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Bütün Xəbərlər