“Vətəndaşların sənədləri düz olmadığı üçün sosial müavinət ala bilmirlər” – Razi Nurullayevdən etiraz

“Vətəndaşların sənədləri düz olmadığı üçün sosial müavinət ala bilmirlər” – Razi Nurullayevdən etiraz
07.07.2025 16:54 Cəmiyyət

“Azərbaycanda sosial müaviənətlərin verilməsi ilə bağlı şərtlər normal sayıla bilər. Amma ölkəmizdə insanların sənədlərinin qaydasında olmaması bu işi çətinləşdirir”. 

Milli Məclisin deputatı Razi Nurullayev bu fikirləri TodayPress TV-də yayımlanan “Reaksiya” rubrikasında bildirib. 

“Bəzilərinin evi, maşını olmasa da adına mülk var. Əslində tələb edilən şərtlər Avropa standartlarına uyğundur. Amma cəmiyyətimiz Avropa cəmiyyəti deyil. İnsanlar haqqı olsa belə, sənədləri düz olmadığı üçün sosial müavinəti ala bilmirlər”.

Deputat qeyd edib ki, ölkəmizdə rəqabətli əməkhaqları və müavinət yoxdur. Əməkhaqları çox aşağıdır və yuxarı hədlə aşağı hədd arasında uçurum var. Bu da sosial bərabərsizlik yaradır.  

O, təklif edib ki, bu cür bərabərsizliyi aradan qaldırmaq üçün əməkhaqları daha da yaxınlaşdırılmalıdır. 

“Biz neft və qaz ölkəsiyik. Şəraitimiz bir çox ölkələrdən daha yaxşıdır. Amma Azərbaycanda adambaşına düşən ÜDM digər ölkələrdən daha azdır. Qəribəsi budur ki, Ermənistan və Gürcüstanda əməkhaqları daha yüksəkdir. Bəziləri bunu vətəndaşlarımızın əlavə gəlirlərinin olması ilə əsaslandırır. Bu, real göstərici deyil. Bütün gəlirlər leqallaşdırılmalıdır”, -  deyə Razi Nurullayev vurğulayıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər