Vətən müharibəsi şəhidlərinin şəxsi əşyalarının nümayiş olunduğu sərgi keçirildi

Vətən müharibəsi şəhidlərinin şəxsi əşyalarının nümayiş olunduğu sərgi keçirildi
30.10.2025 13:13 Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Milli kimlik və tarix” sərgisi təşkil edilib.

Bu barədə TodayPress TV nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbir 44 günlük Vətən müharibəsinin beşinci ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunub.

Sərgi zamanı qonaqlar və muzeyin ziyarətçiləri Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, şəkilləri və həyat hekayələri ilə tanış olublar. Təqdim edilən hər bir eksponat Vətən müharibəsinin və qazandığımız böyük Zəfərin izlərini əks etdirib.

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfər qazandığı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Qəhrəman döyüşçülərimizin keçdikləri döyüş yolu və qəhrəmanlıqları gələcək nəsillərə bir nümunədir.

Sonra Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarlarının işarət dilində olmaqla surdo müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca “Parla” İnklüziv-Mədəni Kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.

TodayPress TV

FOTOLAR

Vətən müharibəsi şəhidlərinin şəxsi əşyalarının nümayiş olunduğu sərgi keçirildi — 1
Vətən müharibəsi şəhidlərinin şəxsi əşyalarının nümayiş olunduğu sərgi keçirildi — 2
Vətən müharibəsi şəhidlərinin şəxsi əşyalarının nümayiş olunduğu sərgi keçirildi — 3
Vətən müharibəsi şəhidlərinin şəxsi əşyalarının nümayiş olunduğu sərgi keçirildi — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər