Nəsimi prokurorluğunda Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi

Nəsimi prokurorluğunda Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi
23.05.2025 13:08 Cəmiyyət

Mayın 23-də Qarabağ Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri və media nümayəndələrinin iştirakı ilə Nəsimi rayon prokurorluğunda “Açıq qapı” günü keçirilib. 

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Tədbirin məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin prokurorluq orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olmalarını təmin etmək, onların nəzəri biliklərini praktiki müstəvidə genişləndirmək və cəmiyyətdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı maarifləndirməni artırmaqdır. 

Tədbirin açılışında çıxış edən Nəsimi rayon prokuroru Həsən Hənifəyev qonaqları salamlayaraq, belə təşəbbüslərin hüquqşünas gənclərin peşəkar formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

O, eyni zamanda rayon prokurorluğunun fəaliyyəti, səlahiyyətləri və gündəlik iş prinsipləri ilə bağlı geniş məlumat verib, iştirakçıların suallarını cavablandırıb. 

Daha sonra çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının strukturu, funksiyaları və cinayət təqibi fəaliyyəti barədə geniş təqdimatla çıxış edib.

O, həmçinin vurğulayıb ki, prokurorluq orqanlarında aparılan islahatların mərkəzində şəffaflıq, aşkarlıq və vətəndaş məmnunluğunun təmin olunması dayanır. 

Tədbirdə həmçinin peşəkar prokurorluq əməkdaşları da çıxış edərək, öz sahələrində təcrübə və biliklərini iştirakçılarla bölüşüblər. 

İştirakçılar kriminalistik avadanlıqlarla tanış olub, onların istintaq prosesində tətbiqi barədə ətraflı məlumat əldə ediblər. 

Sonda iştirakçılar prokurorluğun inzibati binası ilə tanış olub, onlara iş şəraiti və praktiki fəaliyyət barədə əyani məlumat təqdim edilib. Tədbirin sonunda xatirə fotoşəkli çəkilib.

FOTOLAR

Nəsimi prokurorluğunda Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi — 1
Nəsimi prokurorluğunda Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi — 2
Nəsimi prokurorluğunda Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi — 3
Nəsimi prokurorluğunda Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi — 4
Nəsimi prokurorluğunda Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi — 5
Nəsimi prokurorluğunda Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi — 6
Nəsimi prokurorluğunda Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi — 7
Nəsimi prokurorluğunda Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi — 8
Nəsimi prokurorluğunda Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər