Mingəçevirdə keçmiş məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri keçirildi

Mingəçevirdə keçmiş məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri keçirildi
08.07.2025 12:19 Cəmiyyət

Mingəçevir şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində hüquqi maarifləndirmə və ödənişsiz hüquqi yardım tədbiri təşkil olunub.

TodayPress TV xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birgə, “Yurdumuza Qayıdırıq” devizi altında keçirdiyi tədbirdə məqsəd keçmiş məcburi köçkünlərin hüquqi biliklərini artırmaq və onların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı hüquqi prosedurlar barədə məlumatlandırılması olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov tədbirdə çıxış edərək bildirib ki, keçmiş məcburi köçkünləri reinteqrasiya və yenidənqurma proseslərində fəal iştiraka təşviqində hüquqi maarifləndirmə tədbirlərinin vacib rolu vardır. O, dövlət tərəfindən məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində görülən tədbirlər barədə də məlumat verib.

Tədbir zamanı vətəndaşlarla fərdi hüquqi konsultasiyalar aparılıb, 100-ə yaxın şəxsin əmlak hüquqları, sosial müdafiə, güzəşt və kompensasiya mexanizmləri ilə bağlı müraciətləri yerində cavablandırılıb.

Hüquqi yardım aksiyasında iştirak edən vəkil Şəlalə Tağıyeva qeyd edib ki, bu təşəbbüs çərçivəsində vəkillər tam könüllü şəkildə fəaliyyət göstərir. O, həmçinin vurğulayıb ki, hüquqi yardım aksiyaları təkcə keçmiş məcburi köçkünlər deyil, şəhid ailələri, qazilər və digər həssas sosial qruplar üçün də mütəmadi olaraq həyata keçirilir.

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər