Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirildi

Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirildi
13.06.2025 14:12 Cəmiyyət

İyunun 13-də Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirilib. Tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəallar iştirak ediblər.

TodayPress TV xəbər verir ki, tədbirin məqsədi vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olması, hüquqi maarifləndirmənin artırılması və şəffaflığın təşviqi olub.

Tədbirin açılışında çıxış edən Kürdəmir rayon prokuroru Tural İbrahimov prokurorluğun fəaliyyəti və islahatlar barədə iştirakçılara məlumat verib. Tural İbrahimov bu cür tədbirlərin hüquqi biliklərin artırılmasında mühüm rol oynadığını bildirib və şəffaflıqla yanaşı, vətəndaş hüquqlarının müdafiəsinin də prokurorluğun əsas prioritetlərindən olduğunu vurğulayıb. O, rayon prokurorluğunun gündəlik işi, səlahiyyətləri və vətəndaşlarla ünsiyyət prinsipləri barədə məlumat verib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq sistemində aparılan islahatlardan danışaraq, bu dəyişikliklərin şəffaflığı artırmaq, hüquqi təminatları gücləndirmək və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıdığını qeyd edib. O, həmçinin ictimaiyyətlə əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərə toxunub.

Tədbir çərçivəsində digər prokurorluq əməkdaşları da çıxış edərək, öz sahələri üzrə təcrübə və biliklərini iştirakçılarla bölüşüblər. Qonaqlar prokurorluğun iş prosesi, hüquqi prosedurlar və vətəndaş müraciətlərinə baxılması qaydaları ilə bağlı məlumatlandırılıblar.

Daha sonra iştirakçılara prokurorluq əməkdaşlarının gündəlik fəaliyyətindən bəhs edən “Valideynimin peşəsi” adlı qısa metrajlı film nümayiş etdirilib.

Tədbirin interaktiv hissəsində iştirakçılar hüquqi suallar ünvanlayıb və ətraflı cavablar alıblar. Sonra prokurorluğun yeni inzibati binası ilə tanışlıq turu təşkil olunub. Qonaqlara əməkdaşlar üçün yaradılmış müasir iş şəraiti, “Elektron prokurorluq” sistemi, kriminalistik avtomobil və texniki avadanlıqlar təqdim edilib. Eyni zamanda, istintaq proseslərində müasir texnologiyaların tətbiqi barədə ətraflı məlumat verilib.

FOTOLAR

Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirildi — 1
Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirildi — 2
Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirildi — 3
Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirildi — 4
Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirildi — 5
Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirildi — 6
Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirildi — 7
Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirildi — 8
Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər