İİTKM beynəlxalq mükafata layiq görüldü

İİTKM beynəlxalq mükafata layiq görüldü
30.06.2025 13:32 Cəmiyyət

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən “Global Business Outlook” nəşriyyatının təşkil etdiyi “Global Business Outlook Awards 2025” beynəlxalq müsabiqəsində “Government Services” nominasiyası üzrə ali mükafata layiq görülüb.

TodayPress TV bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, quruma "Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü – Böyük Qayıdış – Azərbaycan 2025” (Most Innovative Monitoring and Evaluation Initiative – Great Return – Azerbaijan 2025) adlı nüfuzlu mükafat təqdim olunub.

Mükafatın təqdim edilməsində əsas meyar kimi Mərkəzin Nazirlər Kabinetinin tapşırığına əsasən “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə rəqəmsal platforma yaratması, bu çərçivədə layihə idarəetməsi, data analitikası, coğrafi informasiya sistemləri, videomüşahidə və süni intellekt texnologiyalarından səmərəli istifadə etməsi qeyd olunub.

Bu beynəlxalq mükafat Mərkəzin rəqəmsal dövlət idarəçiliyi və monitorinq sahəsində qabaqcıl yanaşmalar tətbiq etməklə nümunəvi idarəetmə modeli formalaşdırdığını bir daha sübut edir.

Belə ki, Mərkəz Coğrafi İnformasiya Sistemləri (CİS) və videomüşahidə texnologiyaları vasitəsilə real vaxtda məlumatların izlənməsini təmin edib, Risklərin erkən mərhələdə qiymətləndirilməsi və dəyərə əsaslanan idarəetmə modelləri (CPI – Xərclərin Performans İndeksi, SPI – İcra Performans İndeksi) tətbiq edib, İctimaiyyətlə operativ əlaqənin qurulması üçün süni intellekt əsaslı çatbot texnologiyasından istifadə edib, həmçinin, OECD/DAC standartlarına uyğun çoxsəviyyəli və şəffaf performans monitorinq sistemi hazırlayıb.

“Global Business Outlook Awards 2025” müsabiqəsinin “Texnologiya” kateqoriyasında İİTKM-lə yanaşı bir sıra nüfuzlu milli və regional şirkətlər də qalib elan olunub.

Bu uğur Mərkəzin texnoloji innovasiya sahəsində qabaqcıl mövqeyini və beynəlxalq səviyyədə rəqabətə davamlı institut statusunu bir daha təsdiq edir.

Azərbaycanın dövlət texnologiyaları (GovTech) sahəsində əldə etdiyi bu ali beynəlxalq mükafat Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların, o cümlədən proqraməsaslı idarəetmə və nəticəəsaslı büdcələşmə sahəsindəki uğurlu strategiyasının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir.

Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə formalaşan iqtisadi islahatların idarə edilməsi modeli qlobal miqyasda dövlət idarəçiliyi üçün uğurlu bir nümunə kimi qəbul olunur.

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər