Heydər Əliyev Beynəlxalq Aeroportu enerji idarəetməsi üzrə beynəlxalq sertifikata layiq görüldü

Heydər Əliyev Beynəlxalq Aeroportu enerji idarəetməsi üzrə beynəlxalq sertifikata layiq görüldü
07.07.2025 17:47 Cəmiyyət

Heydər Əliyev Beynəlxalq Aeroportu enerji səmərəliliyinin artırılması və ətraf mühitin mühafizəsi istiqamətində atdığı addımların növbəti təsdiqi olaraq, "ISO 50001:2018" - Enerji İdarəetmə Sistemi üzrə beynəlxalq sertifikat əldə edib.

TodayPress TV bu barədə aeroporta istinadən xəbər verir.

"Bu mühüm nailiyyət SƏTƏMM və KN İdarəsinin digər aidiyyəti struktur bölmələrlə sıx və məqsədyönlü əməkdaşlığı nəticəsində mümkün olub. Sertifikatlaşdırma prosesi qlobal miqyasda tanınmış audit və sertifikatlaşdırma qurumu "TÜV Austria" tərəfindən həyata keçirilib. Audit nəticələrinə əsasən, hava limanının enerji idarəçiliyi sahəsində fəaliyyəti beynəlxalq tələblərə tam uyğun qiymətləndirilib", - məlumatda deyilir.

"ISO 50001:2018" standartı müəssisələrin enerji performansını sistemli şəkildə artırmasına, enerji sərfiyyatını və xərclərini azaltmasına, eləcə də karbon emissiyalarını minimuma endirməsinə imkan verən çevik və dövri əsaslarla inkişaf edən idarəetmə çərçivəsini təqdim edir. Bu yanaşma xüsusilə yüksək enerji istehlakçısı olan kompleks infrastruktur obyektləri, o cümlədən, müasir beynəlxalq hava limanları üçün strateji əhəmiyyət kəsb edir.

“Heydər Əliyev Beynəlxalq Aeroportunun enerji idarəetməsi sahəsində "ISO 50001" kimi nüfuzlu beynəlxalq standart üzrə sertifikat əldə etməsi, fəaliyyətimizin yalnız bu günə deyil, həm də gələcəyə hesablandığını göstərir. Bu uğur ətraf mühitə olan məsuliyyətimizin və dayanıqlı inkişaf yanaşmamızın real nəticəsidir”, - Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib,

“Heydər Əliyev Beynəlxalq Aeroportunun "ISO 50001:2018" sertifikatına layiq görülməsi müəssisənin enerji idarəçiliyində beynəlxalq standartlara tam uyğun, sistemli və davamlı yanaşmanı tətbiq etdiyini göstərir. Bu, həm effektiv idarəçiliyin, həm də ətraf mühitə yüksək məsuliyyətin bariz nümunəsidir”, - "TÜV Austria"nın Azərbaycandakı nümayəndəliyinin direktoru Ülkər Quliyeva qeyd edib.

Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bundan sonra da enerji idarəetməsinin təkmilləşdirilməsi, karbon neytrallığına keçid və yaşıl texnologiyaların tətbiqi istiqamətində beynəlxalq standartlara uyğun strateji təşəbbüslər həyata keçirməkdə davam edəcək.

FOTOLAR

Heydər Əliyev Beynəlxalq Aeroportu enerji idarəetməsi üzrə beynəlxalq sertifikata layiq görüldü — 1
Heydər Əliyev Beynəlxalq Aeroportu enerji idarəetməsi üzrə beynəlxalq sertifikata layiq görüldü — 2
Heydər Əliyev Beynəlxalq Aeroportu enerji idarəetməsi üzrə beynəlxalq sertifikata layiq görüldü — 3
Heydər Əliyev Beynəlxalq Aeroportu enerji idarəetməsi üzrə beynəlxalq sertifikata layiq görüldü — 4
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər