Gürcülər Azərbaycandan Acarıstana rəhbər təyin edirlər

Gürcülər Azərbaycandan Acarıstana rəhbər təyin edirlər
30.04.2026 16:23 Cəmiyyət

Gürcüstan prezidenti Azərbaycandakı səfiri Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb.

TodayPress TV xəbər verir ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Acarıstan Muxtar Respublikası hökumətinin sədri vəzifəsinə Zurab Pataradzenin namizədliyini irəli sürüb.

Prezident bu barədə keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, namizədlik təsdiq üçün Acarıstan Muxtar Respublikasının Ali Şurasına təqdim olunub.

Qərarın siyasi qurumlarla məsləhətləşmələr və Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə qəbul edildiyi qeyd olunub.

Dövlət başçısı vurğulayıb ki, Zurab Pataradze uzun illər dövlət qulluğunda və diplomatik xidmətdə çalışaraq Gürcüstanın maraqlarını beynəlxalq səviyyədə uğurla təmsil edib və fövqəladə və səlahiyyətli səfir rütbəsinə malikdir.

Qeyd olunub ki, Pataradze 2016–2018-ci illərdə də Acarıstan Muxtar Respublikasının hökumət sədri vəzifəsini icra edib və həmin dövrdə regionda bir sıra mühüm layihələrin həyata keçirilməsi ilə yadda qalıb. Prezident onun regionun ehtiyaclarını yaxşı bildiyini və zəngin təcrübəsinin Acarıstanın inkişafına töhfə verəcəyinə əmin olduğunu qeyd edib.

Qeyd edək ki, Zurab Pataradze Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiridir.

Eyni zamanda, Kavelaşvili indiyədək bu vəzifəni icra edən Sulxan Tamazaşviliyə fəaliyyətinə görə təşəkkür edib və yeni vəzifəsində uğurlar arzulayıb.

Xatırladaq ki, Baş nazir İrakli Kobaxidze Sulxan Tamazaşvilini Gürcüstanın daxili işlər naziri təyin edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 Все новости