“Gizir Xanı”ya şəhidlik statusu verilməlidir?

“Gizir Xanı”ya şəhidlik statusu verilməlidir?
25.09.2025 13:56 Cəmiyyət

"Zamanından asılı olmayaraq, düşmən minasına düşərək həlak olan hər kəs şəhid hesab edilməlidir".

Bunu hərbi ekspert Emin Həsənli TodayPress TV-nin sorğusuna cavab verərkən deyib.

“Təəssüf ki, bu proses atəşkəsdən sonra da davam edir. İstər hərbi, istər mülki şəxslərə şəhid statusu verilməlidir. Bizim ordumuz türk modelinə keçib. Türkiyədə hərbi formada olan şəxs xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında da dünyasını dəyişsə, şəhid sayılır. Pilotlar, dənizçilər də bu kateqoriyaya daxildir. Son dövrlərdə sərhədçilərin helikopteri qəzaya uğradıqda həlak olan hər birinə şəhid statusu verildi. Bəzən mübahisələr yaranır, valideynlər məcbur olub məhkəməyə müraciət edirlər. Bu məsələ qanunvericilikdə birdəfəlik həllini tapmalıdır”, – deyə ekspert qeyd edib.

O əlavə edib ki, düşmən gülləsindən ölən və ya düşmən minasına düşən hər kəs şəhid, yaralanan isə müharibə əlili sayılmalıdır. Hərbi xidməti yerinə yetirərkən həyatını itirən şəxslər – Müdafiə Nazirliyi nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, o cümlədən polis əməkdaşları da şəhid hesab olunmalıdır.

“İnsan dünyaya bir dəfə gəlir. Dövlətə, vətənə xidmət zamanı dünyasını dəyişirsə, xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hər kəs şəhiddir. Bu məsələ qanunvericilikdə öz həllini tapmalıdır”, – deyə o vurğulayıb.

Beynəlxalq təcrübəyə diqqət çəkən E. Həsənli bildirib ki, xristian ölkələrində şəhidlik anlayışı mövcud deyil, lakin müharibədə həlak olan şəxslərlə oxşar münasibət göstərilir. İslam ölkələrində isə şəhidlik anlayışı mövcuddur. Türkiyədə də bu məsələ bu cür tənzimlənir.

“Hesab edirəm ki, bizdə də gec-tez bu istiqamətdə addımlar atılmalıdır”, – deyə o əlavə edib.

Qeyd edək ki, sentyabrın 23-də Azərbaycan Ordusunun giziri, “Gizir Xanı” ləqəbi ilə tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub. Hazırda cəmiyyətdə ona şəhidlik statusunun verilməsi məsələsi müzakirə olunur.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
02 IYUN 2026
Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Bütün Xəbərlər