FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi
17.05.2025 11:32 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. 

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xətai rayon 17 nömrəli və Səbail rayon 6 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində və Xızı rayonu, Baxışlı kənd ümumi orta məktəbində,  Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayonu, Canallı kənd tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Lerik şəhər V.Müslümov adına 2 nömrəli tam orta məktəbində və Astara Şəhər Bələdiyyəsində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu, Çarxı kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər rayonu, Hacıqərvənd kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Zaqatala rayonu, Aşağı Çardaxlar kənd tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Naftalan şəhər Müalicə və Sağlamlıq Mərkəzində və Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbə tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib. 

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub. 

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. 

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

FOTOLAR

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi — 1
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi — 2
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi — 3
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi — 4
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi — 5
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi — 6
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi — 7
XƏBƏR LENTİ
31 MAY 2026
Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Bütün Xəbərlər