FHN Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi

FHN Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi
13.06.2025 18:10 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi tərəfindən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Tədbirdə Nazirliyin məsul şəxsləri, Azərbaycan Respublikasının xalq artisti Məbud Məhərrəmov, “Nərimanfilm” kinostudiyasının direktoru, “Doğma torpaq” filminin baş prodüseri Nəriman Məmmədov və filmin yaradıcı heyətinin digər üzvləri, FHN Akademiyasının professor-müəllim heyəti və kursantları iştirak ediblər.

Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edib, Ümummilli Lider Heydər Əliyevin misilsiz xilaskarlıq missiyasından söz açıblar. Bildirilib ki, müstəqilliyimizin ilk illərində dövlət idarəetməsindəki səriştəsizlik nəticəsində ölkədə xaos və dərin böhran hökm sürmüş, gənc respublikamız məhv olmaq təhülükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır şəraitdə xalqın təkidli çağırışlarına cavab olaraq Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Naxçıvandan Bakıya qayıtması Azərbaycan tarixinin həlledici dönüş nöqtəsi oldu. Ölkəmizi parçalanmaqdan, vətəndaş qarşıdurmasından, anarxiyadan xilas edən Dahi Rəhbərin çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan bir dövlətə çevrildi.

Həmçinin, vurğulanıb ki, Ulu Öndərin mütərəqqi siyasəti Prezident, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımız Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən cəmi 44 gün ərzində azad edildi, eyni zamanda, həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Beləliklə, Ulu Öndərin ən ümdə vəsiyyəti şərəflə yerinə yetirildi, xalqımız öz dədə-baba yurdlarına qovuşdu, Xocalı və digər faciələrimizin günahkarları öz layiqli cəzalarını aldı.

Sonda “Nərimanfilm” kinostudiyasının ərsəyə gətirdiyi “Doğma torpaq” filmi izlənilib.

FOTOLAR

FHN Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi — 1
FHN Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi — 2
FHN Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi — 3
FHN Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi — 4
FHN Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi — 5
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər