"Ev yeməkləri" biznesi sürətlə artır: Diqqətli olun!

"Ev yeməkləri" biznesi sürətlə artır: Diqqətli olun!
10.10.2025 17:16 Cəmiyyət

Son dövrlərdə sosial şəbəkələrdə, xüsusən də "Facebook", "Instagram" və "TikTok" kimi platformalarda ev şəraitində hazırlanmış yeməklərin satışı geniş vüsət alıb. 

Müxtəlif səhifələr vasitəsilə şirniyyat, turşu, mürəbbə və hazır yeməklər təklif olunur. Alıcılar isə çox vaxt bu məhsulları daha təbii, sağlam və münasib qiymətdə olduğunu hesab edirlər.

Qida eksperti Asim Vəliyev TodayPress TV-yə açıqlamasında bildirib ki, istehlakçılar arasında ev şəraitində hazırlanan yeməklər restoran və "fast food" mətbəxlərindən daha təhlükəsizdir.

Onun sözlərinə görə, buna səbəb isə həmin yeməklər az yağlı, ev üsulu ilə bişirilmiş olur və çox vaxt əsas yemək kimi təqdim edilir. Eyni zamanda sifariş prosesi də sosial şəbəkələr vasitəsilə asan və birbaşa əlaqə qurmaq imkanı yaradır:

"Lakin bu fəaliyyət sahəsinin rəsmi nəzarət altında olmaması müəyyən təhlükələr yaradır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, qida məhsullarının istehsalı və satışı ilə məşğul olan hər bir şəxs Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müəyyən etdiyi qaydalara əməl etməlidir. Bu qaydalar gigiyena, məhsulun saxlanma şəraiti, qablaşdırma və etiketləmə kimi məsələləri əhatə edir. Ev şəraitində bu standartlara tam əməl etmək isə çox çətindir. Çünki çox vaxt yeməklərin hansı şəraitdə hazırlandığı, məhsulların haradan alındığı, bişirilmə zamanı təmizliyə necə riayət olunduğu məlum olmur".

Ekspert əlavə edib ki, rəsmi qeydiyyatı olmayan bu satıcılar nə vergi ödəyir, nə də qida təhlükəsizliyi baxımından yoxlanılır. Bu isə həm sağlamlıq, həm də maliyyə baxımından risklər yaradır:

"Asan qazanc məqsədilə fəaliyyət göstərən bəzi şəxslər yeməkləri soyuducusuz saxlayır, eyni qabdan bir neçə dəfə istifadə edir və hətta tarixi keçmiş məhsullardan istifadə edə bilirlər. Bu, xüsusilə isti havalarda qida zəhərlənmələrinə səbəb ola bilər".

Mütəxəssis, həmçinin vurğulayıb ki, sosial şəbəkələr üzərindən satış zamanı alıcılar çox vaxt satıcını tanımır, ödənişi əvvəldən edir, lakin bəzən məhsul gec çatdırılır, keyfiyyətsiz olur və ya ümumiyyətlə göndərilmir. Belə hallarda hüquqi müdafiə mexanizmi demək olar ki, mövcud deyil.

Asim Vəliyev hesab edir ki, bu sahənin tamamilə qadağan edilməsi düzgün olmaz. Çünki minlərlə insan bu yolla dolanır və yerli qida mədəniyyətini təbliğ edir. Lakin qanuni çərçivə və nəzarət mexanizmi formalaşdırılmalıdır.

O təklif edib ki, AQTA belə şəxslər üçün sadələşdirilmiş qeydiyyat sistemi yarada bilər. Məsələn, müəyyən gigiyenik təlim keçmiş, ilkin sanitar yoxlamadan keçən şəxslərə icazə sənədi verilə bilər. Digər tərəfdən, sosial şəbəkə platformaları da məsuliyyət daşımalıdır. Bu cür satış səhifələrinin qeydiyyatı zamanı satıcılardan rəsmi məlumat və minimum şəffaflıq tələb olunmalıdır.

Ekspert sonda vətəndaşlara müraciətində onları diqqətli olmağa çağırıb:

"Alıcılar məhsulun tərkibi, hazırlanma şəraiti və satıcının reputasiyası barədə məlumat toplamalıdırlar. Bu, həm sağlamlığın, həm də maddi vəsaitin qorunması baxımından vacibdir", - deyə qida mütəxəssisi fikirlərini yekunlaşdırıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

"Ev yeməkləri" biznesi sürətlə artır: Diqqətli olun! — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər