Əhməd İsmayılov süni intellektin mətbuatda tətbiqindən danışdı

Əhməd İsmayılov süni intellektin mətbuatda tətbiqindən danışdı
30.09.2025 10:58 Cəmiyyət

“Süni intellekt texnologiyalarının media sahəsində tətbiqindən irəli gələn spesifik məsələlərin həlli günümüzün vacib çağırışları sırasındadır”.

TodayPress TV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu yeni bilik və bacarıqlara yiyələnmək, onun verdiyi fürsətləri dəyərləndirərək ölkələrimizin informasiya landşaftını müasirləşdirmək zərurəti artıq hiss olunmaqdadır: “Media süni intellektdən yalnız forma baxımından təkmilləşmək üçün deyil, eyni zamanda, daha maraqlı kontent yaradılması prosesində də yararlanmalıdır. Məlumdur ki, kontentin jurnalistika prinsiplərinə uyğun formada hazırlanması, faktların yoxlanılması, analitik təhlillərin və müqayisələrin aparılması, xüsusən də hazırlanmış materialın vizualizasiyası süni intellekt texnologiyalarının tətbiqi olmadan reallaşa bilməz”.

Əhməd İsmayılov qeyd edib ki, bu müasir yanaşma jurnalistikanın artıq yeni və tamam fərqli inkişaf fazasına keçdiyini deməyə əsas verir: “Bir sıra ölkələrin mediası artıq yeni texnoloji tərəqqinin nailiyyətlərindən istifadə etməkdədir. Biz bu prosesi yaxından izləyir, ciddi təhlil edir, medianın rəqəmsal mühitdə rəqabətə davamlılığını yüksəltmək üçün müxtəlif təşəbbüslərlə çıxış edirik”.

TodayPress TV

(APA)

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər