Bir sıra müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Bir sıra müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
25.07.2025 17:27 Cəmiyyət

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Şəki, Bakı-Astara, Bakı-Göyçay, Bakı-İsmayıllı, Bakı-Kürdəmir, Bakı-Ağdaş, Gəncə-Balakən, Mingəçevir-Zərdab, Şəki-Bərdə, Bərdə-Gəncə, Göyçay-Mingəçevir, Beyləqan-Sumqayıt, Qəbələ-Mingəçevir, Oğuz-Gəncə, Oğuz-Mingəçevir, Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (Avtovağzal), Gəncə (Avtovağzal) – Kür qəsəbəsi (Şəmkir), Nizami kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Əhmədabad kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı), Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı), Hacıməlik kəndi (Göygöl) – Gəncə (N.Nərimanov küç., parkın ətrafı), Suduroba kəndi – Qusar avtovağzalı, Hil kəndi – Qusar avtovağzalı, Xürəl kəndi – Qusar avtovağzalı, Cibir kəndi – Qusar avtovağzalı, Bakı şəhəri 332 nömrəli qəsəbədaxili Qala qəsəbəsi (152-ci Qala küçəsi) – Milli Aviasiya Akademiyası, 334 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (kartof fabriki) – Binə qəsəbəsi (Azərsun İstirahət Mərkəzi), 335 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (Sovxoz yaşayış massivi, kanal) – Binə qəsəbəsi (Elmaz Hacıyev küçəsi), 336 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (137-ci Binə küçəsi, Penitensiar Xidmətin müalicə mərkəzi) – Binə qəsəbəsi (131-ci Binə küçəsi, kanal) şəhərlərarası, şəhərətrafı və rayondaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.

TodayPress TV xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 23 avqust saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Şəki, Bakı-Astara istiqamətlərində 6 Lot üzrə sentyabrın 9-da;

Bakı-Göyçay, Bakı-İsmayıllı, Bakı-Kürdəmir, Bakı-Ağdaş, Gəncə-Balakən, Mingəçevir-Zərdab istiqamətlərində 6 Lot üzrə sentyabrın 10-da;

Şəki-Bərdə, Bərdə-Gəncə, Göyçay-Mingəçevir, Beyləqan-Sumqayıt, Qəbələ-Mingəçevir, Oğuz-Gəncə, Oğuz-Mingəçevir istiqamətlərində 7 Lot üzrə sentyabrın 12-də; 

Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (Avtovağzal), Gəncə (Avtovağzal) – Kür qəsəbəsi (Şəmkir), Nizami kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Əhmədabad kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində 6 Lot üzrə sentyabrın 16-da;

Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı), Hacıməlik kəndi (Göygöl) – Gəncə (N.Nərimanov küç., parkın ətrafı), Suduroba kəndi – Qusar avtovağzalı, Hil kəndi – Qusar avtovağzalı, Xürəl kəndi – Qusar avtovağzalı, Cibir kəndi – Qusar avtovağzalı istiqamətlərində 6 Lot üzrə sentyabrın 17-də;

Bakı şəhəri 332 nömrəli qəsəbədaxili Qala qəsəbəsi (152-ci Qala küçəsi) – Milli Aviasiya Akademiyası, 334 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (kartof fabriki) – Binə qəsəbəsi (Azərsun İstirahət Mərkəzi), 335 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (Sovxoz yaşayış massivi, kanal) – Binə qəsəbəsi (Elmaz Hacıyev küçəsi), 336 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (137-ci Binə küçəsi, Penitensiar Xidmətin müalicə mərkəzi) – Binə qəsəbəsi (131-ci Binə küçəsi, kanal) istiqamətlərində 4 Lot üzrə sentyabrın 19-da baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərətrafı marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər