Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirildi

Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirildi
18.07.2025 15:02 Cəmiyyət

İyulun 18-də Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda media nümayəndələri ilə görüş keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Baş Prokurorluğun idarə və şöbə rəisləri, digər prokurorluq əməkdaşları, eləcə də onlayn və çap mediasının, televiziya və radio kanallarının nümayəndələri iştirak ediblər.

Görüşün açılışında qonaqlar salamlanaraq, tədbirin əsas məqsədi – prokurorluq orqanları ilə media arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və gələcək hədəflərin müəyyən olunması kimi qeyd edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev çıxış edərək, prokurorluq orqanları ilə media arasında düzgün, şəffaf və davamlı informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, mövcud əməkdaşlıq təcrübəsini qiymətləndirərək bu istiqamətdə qarşıda duran hədəfləri iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov çıxış edərək, dövlət strukturlarında ictimai iştirakçılığın genişləndirilməsində və ictimai nəzarətin gücləndirilməsində medianın mühüm rolunu qeyd edib.

Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən islahatlar, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. O, ictimai şüurun formalaşması və hüquqi maarifləndirmə prosesində medianın mühüm rolunu xüsusi vurğulayıb, bu sahədə qarşılıqlı əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.

Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Talıb Cəfərov isə çıxışında rəqəmsal dövrdə informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla mübarizə və bu istiqamətdə medianın rolu barədə danışıb. O, bu sahədə maarifləndirmə və ictimaiyyətin düzgün məlumatlandırılmasının vacibliyini önə çəkib.

Tədbirdə media nümayəndələri – Milli.az xəbər portalının baş redaktoru Asif Mehman, Report İnformasiya Agentliyinin müxbiri Səlcuq Elçin  və İctimai Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Valeh Dadaşov çıxış edərək, prokurorluq-media münasibətləri barədə öz fikirlərini bölüşüb, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müxtəlif təkliflər irəli sürüblər.

Görüş çərçivəsində mətbuatın hüquqi maarifləndirmə, ictimai rəyin formalaşdırılması və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından cəmiyyətdəki rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda “Xalqın adamı” adlı sənədli film nümayiş etdirilib, ümummilli lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolu və müasir suveren dövlətçiliyin formalaşmasındakı xidmətləri bir daha xatırlanıb. 

Sonda xatirə fotoşəkili çəkilib.

FOTOLAR

Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirildi — 1
Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirildi — 2
Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirildi — 3
Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirildi — 4
Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirildi — 5
Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirildi — 6
Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirildi — 7
Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirildi — 8
Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirildi — 9
XƏBƏR LENTİ
02 IYUN 2026
Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 Bütün Xəbərlər