Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı qeyd olundu

Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı qeyd olundu
23.06.2025 17:06 Cəmiyyət

23 iyun – Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilən tədbirdə prokurorluq orqanlarında çalışan dövlət qulluqçuları və veteran dövlət qulluqçuları iştirak ediblər.

Çıxışında Baş prokuror Kamran Əliyev dövlət idarəçiliyində və dövlət qulluğu sahəsində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb. O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 23 iyunun BMT-nin Dövlət Qulluğu Günü elan olunması nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə bu tarix ölkəmizdə də Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi təsis edilib.

Çıxış zamanı qeyd olunub ki, hazırda ölkədə 27 minə yaxın dövlət qulluqçusu fəaliyyət göstərir və onların 30,3 faizini qadınlar təşkil edir, prokurorluq orqanlarında 650 nəfər dövlət qulluqçusu çalışır, onların 32,6 faizi qadınlardır.

Tədbirdə dövlət qulluğunun hüquqi bazasının təkmilləşdirilməsi, peşəkar və şəffaf idarəçilik sisteminin formalaşdırılması, dövlət qulluqçularının sosial təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən bəhs olunub.

Sonda Baş prokurorun əmri ilə peşə bayramı münasibətilə fərqlənən bir qrup dövlət qulluqçusu və veteran əməkdaşlar təltif olunub və onlara hədiyyələr təqdim edilib.

Tədbir iştirakçıları dövlət qulluğunun inkişafına, dövlət qulluqçularının fəaliyyətinə göstərilən davamlı diqqət və yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini və səmimi minnətdarlıqlarını ifadə ediblər.

FOTOLAR

Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı qeyd olundu — 1
Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı qeyd olundu — 2
Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı qeyd olundu — 3
Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı qeyd olundu — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər