Baş Prokurorluğun nümayəndə heyəti Türkiyə Ədliyyə Akademiyasında oldu

Baş Prokurorluğun nümayəndə heyəti Türkiyə Ədliyyə Akademiyasında oldu
23.07.2025 14:22 Cəmiyyət

Azərbaycan Respublikası Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri çərçivəsində 2025-ci ilin iyul ayının 22-də nümayəndə heyətinin üzvləri ilə Türkiyə Ədliyyə Akademiyasında görüş keçirilib. 

TodayPress TV xəbər verir ki, nümayəndə heyətini salamlayan Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Bekir Altun iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini bildirib. 

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin üzvü, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev 2021-ci ildə imzalanmış Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında “Hüquq sahəsində tədris və tədqiqat fəaliyyəti ilə prokuror və prokuror vəzifəsinə namizədlərin təliminə yönəlmiş əməkdaşlıq haqqında” anlaşma memorandumuna uyğun olaraq, həmçinin Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində Türkiyə Ədliyyə Akademiyası ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlığın uğurla davam etdirildiyini qeyd etməklə bu günə qədər əldə edilmiş uğurları diqqətə çatdırıb. 

Görüş zamanı prokurorların təlimi, hüquqi əməkdaşlıq, təlim səfərləri və digər sahələrdə qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyi bildirilərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Nümayəndə heyəti Türkiyə Ədliyyə Akademiyasının inzibati binası, kitabxanası, tədris korpusları və yataqxanaları ilə yaxından tanış olublar.

FOTOLAR

Baş Prokurorluğun nümayəndə heyəti Türkiyə Ədliyyə Akademiyasında oldu — 1
Baş Prokurorluğun nümayəndə heyəti Türkiyə Ədliyyə Akademiyasında oldu — 2
Baş Prokurorluğun nümayəndə heyəti Türkiyə Ədliyyə Akademiyasında oldu — 3
Baş Prokurorluğun nümayəndə heyəti Türkiyə Ədliyyə Akademiyasında oldu — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər